MENYU
REZERVASİYA ET

Otel haqqında-Abdallar-Lachin Hotel, Laçın

About hotel image
Laçın şəhərində yerləşən “Laçın və Abdallar” kottec tipli oteli,ziyarətçilərinə müasir rahatlıq və ənənəvi Azərbaycan qonaqpərvərliyini birləşdirən unikal bir təcrübə təqdim edir.Otel təbiətin qoynunda,Laçın şəhərinin mərkəzi hissəsində yerləşir. Hündür ərazidə yerləşən otellərimiz qonaqlara hem gözəl dağ mənzərələrini,həm də bərpa olunmuş və daha da yenilənmiş gözəl Laçınımızı seyr etməyə imkan verir.Gözəl dağ mənzərələri və təmiz hava ilə əhatə olunmuş bir ərazidə yerləşən otel əsl təbiətsevərlərin dincələ biləcəyi məkandır.

Oteldə rahat və işıqlı karavan tipli koteclər mövcuddur.Hər biri müasir avadanlıqlar,WI-FI və rahat mebellərlə təchiz olunub.Həmçinin oteldə təbiətin gözəlliklərini rahatlıqla seyr edə bilərsiniz.

Bundan əlavə oteldə yay aylarıda fəaliyyət göstərən açıq hovuz mövcuddur.Otelə məxsus “La’Pizzeria” restoranında əsl İtalyan mətbəxinin incilərini dada biləcəksiz.Həmçinin,müasir dizaynla hazırlanmış restoranımızda özünüzün xüsusi tədbirlərinizi də qeyd edə bilərsiniz.


“Laçın-Abdallar”otelinin peşəkar kollektivi qonaqların rahatlığı üçün hər cür xidmət təklif edir və bölgənin maraqlı turistik yerlərinə ekskursiyalar təşkil edə bilər.

Yaşayış qaydaları

"Abdallar-Lachin " otelinə xoş gəlmisiniz.


Giriş saatı 14:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

Ləğv qaydaları tarif planından asılı olaraq dəyişə bilər, lütfən, rezervasiya təsdiqində dəqiq ləğv şərtlərini yoxlayın.


Qaydalar və şərtlər

Rezervasyon təsdiqində göstərilən pulsuz ləğv müddəti ərzində ləğv Pulsuz edilə bilər. Gec ləğv və ya qeyri-giriş halında, rezervasyon şərtlərinə uyğun olaraq əlavə ödəniş tələb olunur.